Tərtərdə FACİƏ:  Ata qəza törətdi, körpəsi öldü
20 iyul 2023 11:23 (UTC +04:00)

Tərtərdə FACİƏ: Ata qəza törətdi, körpəsi öldü

Tərtər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Bəyimsarov kəndi ərazisində baş verib.

23 yaşlı Kamran Süleymanov idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarında olan betona çırpılıb.

Nəticədə nəqliyyat vasitəsində olan oğlu, 2023-cü il təvəllüdlü Cavidan Süleymanov aldığı xəsarətlərdən  ölüb. 47 yaşlı anası Xoşqədəm Süleymanova isə xəsarətlər alıb.  

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2045

Oxşar yazılar