Tanınmış şairin nəvəsi  “Porche” ilə  qəzaya düşdü   -FOTO
28 aprel 2022 00:45 (UTC +04:00)

Tanınmış şairin nəvəsi “Porche” ilə qəzaya düşdü -FOTO

Bakının Səbail rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Salyan şossesində baş verib.

Belə ki, “Porche” markalı avtomobil yol kənarında dayanıb.

Mopedi idarə edən şəxs yüksək sürətlə “Porsche” markalı maşına çırpılıb.

Mopedin sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerində polislərin verdiyi məlumata görə, “Porsche”-nin sürücüsü Kürçaylı Əliağa Ülfət oğludur.

Ə.Kürçaylı tanınmış şair Əliağa Kürçaylının nəvəsidir.

# 3189
avatar

Oxşar yazılar