Şuşanın azad olunan kəndində  mina PARTLADI:  yaralanan var
22 sentyabr 2023 14:12 (UTC +04:00)

Şuşanın azad olunan kəndində mina PARTLADI: yaralanan var

Sentyabrın 22-də Şuşa rayonunun Xəlfəli kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumat yayıb.

Məlumata əsasən, Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə yolun salınması fəaliyyəti ilə məşğul olan 58 yaşlı mülki şəxs idarə etdiyi traktorla minaya düşüb.

“Hadisə nəticəsində traktorçu yüngül xəsarət alıb. Həyatı təhlükəsi yoxdur.

Mülki təyinatlı sahələrin minalanması bir daha Ermənistanın dinc əhaliyə qarşı məkrli niyyətinin göstəricisi, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür”, - qeyd olunub.

# 3078
avatar

Oxşar yazılar