Şuşada 4 hektar ərazi yandı
26 iyul 2025 18:04 (UTC +04:00)

Şuşada 4 hektar ərazi yandı

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində polis əməkdaşları tərəfindən baş verən yanğının səbəbləri müəyyən olunub. 

Daxili işlər və Fövqəladə hallar nazirliklərinin mətbuat xidmətlərindən Lent.az-a verilən birgə məlumata görə, yanğının səbəbi ərazidəki elektrik dirəyində yaranan qısaqapanma olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən 4 hektarlıq otlaq sahədə yanğın söndürülüb, yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar