Sumqayıtda it dişləyən uşaq quduzlaşıb? - VİDEO  - YENİLƏNİB
17 iyul 2023 14:55 (UTC +04:00)

Sumqayıtda it dişləyən uşaq quduzlaşıb? - VİDEO - YENİLƏNİB

TƏBİB sosial şəbəkədə videosu yayılan it dişləyən uşaqla bağlı açıqlama yayıb.

TƏBİB-dən Lent.az-a verilən xəbərə görə, Balakən qeydiyyatında olan, Sumqayıtda məskunlaşan, 2016-cı il təvəllüdlü Mirqafarov Tunar Kənan oğlu ailə üzvləri ilə birlikdə 8 iyul 2023-cü il tarixində ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına daxil olub.

Ailə üzvlərinin sözlərinə görə, onu it dişləyib.

Baş, qol və kürək nahiyələrindən xəsarətlər alan Tunar Mirqafarova ilkin tibbi yardım göstərilib, cərrahi əməliyyatlar həyata keçirilib.

Eyni zamanda ona quduzluq əleyhinə immunoqlobulin və sxemə uyğun antrabik vaksini vurulub.

Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

***

saat 10:49

Sosial şəbəkələrdə it dişləmiş azyaşlının quduzlaşması ilə bağlı video gprüntülər yayılıb.

Lent.az-ın məlumatına görə, iddia olunur ki, görüntülər Sumqayıt şəhər uşaq xəstəxanasında lentə alınıb. 

Məlumata görə, azyaşlını küçədə it dişləyib. Bundan sonra onda quduzluq əlamətləri müşahidə edilib.

Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən hadisəyə münasibət öyrənmək mümkün olmayıb. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7862

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29