Sumqayıt yolunda qəza: 1 yaralı və  uzun tıxac
20 iyun 2022 04:23 (UTC +04:00)

 Sumqayıt yolunda qəza: 1 yaralı və  uzun tıxac

Bakı-Sumqayıt şossesində tıxaca səbəb olan və 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şosenin Xırdalan qəbirstanlığının qarşısından keçən hissəsində  qeydə alınıb. “Daewoo”  markalı minik avtomobilinin sürücüsü Sumqayıt şəhəri istiqamətində hərəkətdə olan zaman sükana nəzarəti itirib. Avtomobil əvvəlcə yol kənarındakı maneəyə, sonra “Hyundai” markalı maşına çırpılıb. Qəza zamanı 1 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. 

Yolda yaranan uzunmüddətli tıxac yaranıb. Əraziyə cəlb olunan Yol Patrul Xidmətinin əməkdaşlarının mçüdaxiləsindən sonra nəqliyyatın hərəkəti bərpa olunub. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1922

Oxşar yazılar