Sumqayıt sakinini aldadıb 10 minlik siqaretini  əlindən aldılar
18 sentyabr 2024 13:42 (UTC +04:00)

Sumqayıt sakinini aldadıb 10 minlik siqaretini əlindən aldılar

Sumqayıt sakininə qarşı dələduzluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 16-da şəhər sakini olan bir nəfərin 10.000 manat dəyərində tütün məmulatı dələduzluq yolu ilə əlindən alınıb.

Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluqda şübhəli bilinən 37 yaşlı Z.Əfəndiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579
avatar

Oxşar yazılar