SOCAR-ın Türkiyə ofisinə hücum edən 13 nəfər tutuldu
03 iyun 2024 14:48 (UTC +04:00)

SOCAR-ın Türkiyə ofisinə hücum edən 13 nəfər tutuldu

SOCAR-ın Türkiyə ofisinə hücum etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, “Fələstin Üçün Min Gənc” təşkilatının 13 üzvü bu gün səhər saatlarında tutulub.

Saxlanılan şəxslərin izahatlarının alınacağı, sabah isə ədliyyə orqanlarına təslim ediləcəyi bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə SOCAR-ın İstanbulda yerləşən ofisinə hücum edilib. Buna səbəb kimi, guya "SOCAR-ın İsrailə neft satdığı" bəhanə edilib.

“SOCAR Türkiyə” isə bu gün məlumat yayaraq İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib. Şirkət yaydığı açıqlamada bununla əlaqədar ittihamları əsassız adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1872
avatar

Oxşar yazılar