Şirvanda ər arvadını bıçaqlayıb.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Şirvan şəhərində qeydə alınıb.
Şirvanda yaşayan Sabirabad rayonunun Bulduq kənd sakini 32 yaşlı Mirzəyeva Ayşən Firqan qızı həyat yoldaşını bıçaqlayıb.
O, böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Hadisəni törədən 23 yaşlı Ş.Əliyev saxlanılıb.
Araşdırma aparılır.