Şəmkirdə  BMW   heykəli aşırdı:  yaralananlar var   - FOTO
05 may 2022 23:45 (UTC +04:00)

Şəmkirdə BMW heykəli aşırdı: yaralananlar var - FOTO

Şəmkir rayonunda maşın heykələ çırpılıb.

Lent.az xəbər verir ki, hadisə  Şəmkir rayonunun Çinarlı qəsəbəsində baş verib. 

Belə ki, qəsəbənin girişində BMW markalı maşın "Qadın" heykəlinə çırpılıb. Nəticədə heykəl aşıb.

Qəza nəticəsində maşında ola Şəmkir rayon sakinləri - 1997-ci il təvəllüdlü B.Quliyev, 1998-ci il təvəllüdlü C.İbrahimov və onun qardaşı, 2000-ci il təvəllüdlü U.İbrahimov müxtəlif bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Hər üçünün vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.
 

# 4104
avatar

Oxşar yazılar