Fevralın 27-də şəhidin adından istifadə edib pul yığılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Pirallahı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhidin adına videogörüntü paylaşılaraq pul toplanılması müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 23 yaşlı Nəbi Cəfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.