"Sədərək"də 20 mağaza   yandı - YENİ AÇIQLAMA
09 yanvar 2023 11:17 (UTC +04:00)

"Sədərək"də 20 mağaza yandı - YENİ AÇIQLAMA

Yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb.

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi təxminən 10ha olan “Sədərək” ticarət mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800m² sahədə yanıb. Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2323

Oxşar yazılar