Saxta iş elanı ilə vətəndaşları aldadan  tutuldu - VİDEO
23 dekabr 2024 12:39 (UTC +04:00)

Saxta iş elanı ilə vətəndaşları aldadan tutuldu - VİDEO

Sosial şəbəkələrdə uşaq bağçalarında işə qəbulla bağlı saxta elanlarla insanları aldadan və onların pul vəsaitlərini ələ keçirən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları vətəndaşlara qarşı kütləvi dələduzluq əməllərində şübhəli bilinən daha bir nəfəri, 29 yaşlı Mirnicat Əmirovu saxlanılıb.

Müəyyən edilib ki, M.Əmirov onunla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun onun kartına köçürülməsini tələb edib. O, həmin pulları nağdlaşdırıldıqdan sonra zərərçəkənlərin əlaqə nömrələrini bloklayıb.

Şübhəli şəxsən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələr və digər elektron sübutlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyini mətbuat xidmətindən bir daha vətəndaşlara tövsiyə edilir ki, elan saytlarında yerləşdirilən məlumatlara münasibətdə diqqətli olsunlar, onlayn ödənişlər etməsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669
avatar

Ləman Sərraf

Oxşar yazılar