Həbsxanaya gizli keçirilən narkotik
01 noyabr 2021 17:37 (UTC +04:00)

Həbsxanaya gizli keçirilən narkotik

Şalvarda həbsxanaya narkotik keçirməyə cəhd etdi - FOTO

3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Vüqar Ağaverdi oğlu Həmzəyevə qohumu Sumqayıt şəhər sakini Teymur Şakir oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman orada olan idman şalvarının astar hissəsinə xüsusi üsulla tikilərək gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 4,411 qram narkotik maddə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 1248
avatar

Mehman Nəbiyev

Oxşar yazılar