Sakinlər yanğın zamanı yataqxanadan özlərini atıb -  14 yaralı
06 aprel 2024 12:23 (UTC +04:00)

Sakinlər yanğın zamanı yataqxanadan özlərini atıb - 14 yaralı

Lent.az-ın əldə etdiyi məlumata görə, xəsarət alanlardan bir neçəsi yanğın zamanı özlərini yataqxana binasından atıblar. 

***

saat 12:18

Bakıda yataqxanada baş verən yanğında xəsarət alanların sayı açıqlanıb. 

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, bu gün saat 09:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, Azadlıq prospektində mənzildə yanğın olması səbəbilə çağırış daxil olub. 

Hadisə yerinə dərhal 9 təcili yardım briqadası cəlb olunub.

İlkin məlumata əsasən, yanğında 14 nəfər xəsarət alıb.

Onlardan 2 nəfər (qadın cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 2 nəfər isə (qadın cinsli) bud sümüyünün sınığı, onurğanın küt travması diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub. 10 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, yanğın Azərbaycan Dillər Universitetinin yataqxanasında baş verib. Hazırda orada məcburi köçkünlər məskunlaşıb. 

# 2418
avatar

Fidan İlqar

Oxşar yazılar

Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19
Vilayət Eyvazov generalı müşavir  təyin etdi

Vilayət Eyvazov generalı müşavir təyin etdi

3 may 2024 , 14:54