Bakının Sabunçu rayonunda avtomobil marketin qarşısındakı işıq dirəyinə çırpılıb, hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb.
Lent.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Zabrat yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan Volkswaqen Passat markalı minik avtomobilinin sürücüsü qəfildən sükana nəzarəti itirib.
Avtomobil əvvəlcə eyni istiqamətdə olan Toyota Prius markalı nəqliyyat vasitəsinə, daha sonra isə, yol kənarında yerləşən marketlərdən birinin qarşısındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobillərə ziyan dəyib. Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Nəqliyyat vasitələri yoldan götürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.