Tramp Administrasiyası ABŞ Sülh İnstitutunun yüzlərlə əməkdaşını işdən çıxarıb.
Lent.az xəbər verir ki, bu barədə “Washington Post“ öz mənbələrinə istinadən məlumat yayıb.
- Od çərşənbəsinin digər çərşənbələrdən FƏRQİ
- Sabahın havası meteohəssas insanlara necə təsir edəcək? – AÇIQLAMA
- Sabah leysan yağacaq - Hava PROQNOZU
Bildirilib ki, ABŞ Hökumətinin Effektivliyi İdarəsi (DOGE) ABŞ Sülh İnstitutunun baş qərargahında kütləvi ixtisar həyata keçirib.
Nəşrin məlumatına görə, 200-300 işçi ixtisar barədə bildiriş alıb. Bəzilərinə işdən çıxarılmalarına etiraz etməmək üçün müavinət və ya uzadılmış tibbi sığorta təklif edilib. Ümumilikdə institutda 600-ə yaxın işçi işləyir və filialları Ukrayna, Filippində və Afrikada fəaliyyət göstərir