Ərindən ayrılan Meqan Foks ana oldu
29 mart 2025 12:18 (UTC +04:00)

Ərindən ayrılan Meqan Foks ana oldu

Amerikalı aktrisa və model Meqan Foks dördüncü dəfə ana olub.

Lent.az xəbər verir ki, məşhurun keçmiş həyat yoldaşı, əsl adı Kolson Beyker olan 34 yaşlı reper Maşin Qan Kelly bu xəbəri paylaşıb. O, İnstaqram səhifəsində yeni doğulan övladının ilk fotolarını yayımlayıb və qız atası olduğunu açıqlayıb. Lakin reper, ətraflı açıqlama verməyib. Ona görə də körpənin adı hələlik sirr olaraq qalır.

"O, nəhayət ki, gəldi! Bizim kiçik cənnət toxumumuz", - deyə repçi öz paylaşımında qeyd edib. 

Qeyd edək ki, Meqan Foks hamiləliyi dövründə əri Kolson Beykerlə münasibətinin bitdiyini açıqlamışdı. Keçən il bir jurnalist cütlüyün qalmaqal səbəbiylə ayrıldığını qeyd etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1162

Oxşar yazılar