Sabirabadda evlər qarət olundu
27 may 2023 19:06 (UTC +04:00)

Sabirabadda evlər qarət olundu

Sabirabadda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon ərazisində 3 evdən pul, mobil telefon və qızıl-zinət əşyaları oğurlanıb.

Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini E.Abbasov saxlanılıb.

Araşdırma aparılır.

# 1668
avatar

Oxşar yazılar