Rusiyanın illərlə axtardığı direktor Azərbaycanda tapıldı
23 aprel 2024 10:19 (UTC +04:00)

Rusiyanın illərlə axtardığı direktor Azərbaycanda tapıldı

Rusiyanın Tomsk vilayətinin müstəntiqləri beynəlxalq axtarışda olan “Tomsk İşıqlandırma Zavodu” MMC-nin keçmiş direktorunun saxlanılması barədə məlumat veriblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, o, vergilərin, rüsumların və sığorta haqlarının yığılmalı olduğu xüsusilə külli miqdarda vəsaiti gizlətməkdə ittiham olunur.

Məlumata görə, 2020-ci ilin aprelində cinayət işi açılsa da, istintaq dayandırılıb. Zavodun direktoru istintaq orqanlarından gizlənib. Onun barəsində qiyabi ittiham irəli sürülüb, qiyabi həbs qətimkan tədbiri seçilib. Bundan əlavə, o, dövlətlərarası axtarışa verilib.

Məlum olduğu kimi, zavodun keçmiş direktoru Azərbaycanda tapılıb, daha sonra Tomska aparılıb. O, hazırda həbsdədir. Cinayət işi üzrə istintaq bərpa edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3519
avatar

Mehman Nəbiyev

Oxşar yazılar