Rusiyada təyyarə qəzası: 15 nəfər  öldü   -  VİDEO   - YENİLƏNİB
12 mart 2024 15:21 (UTC +04:00)

Rusiyada təyyarə qəzası: 15 nəfər öldü - VİDEO - YENİLƏNİB

Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsinin İvanovo vilayətində qəzaya uğraması nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Lent.az bildirir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, təyyarə qəzasında sağ qalan yoxdur. Hazırda xilasedici helikopter qəza yerində araşdırma aparır.

***

15:01

Böyük ehtimalla İl-76 hərbi nəqliyyat təyyarəsinin göyərtəsində olan 15 nəfərin hamısı həlak olub. 

Lent.az bildirir ki, SHOT bu barədə fövqəladə hallar xidmətindəki mənbələrə istinadən xəbər verir. Artıq beş nəfərin cəsədi qəza yerində tapılıb.

***

14:48

Rusiyanın İvanovo vilayətində  İl-76 təyyarəsi eniş zamanı  qəzaya uğrayıb.

Lent.az-ın Rusiya KİV-nə istinadla məlumatına görə, təyyarənin göyərtəsində olan 12 nəfərin hamısı həlak olub.

İl-76 hərbi-nəqliyyat təyyarəsinin texniki nasazlıq səbəbindən İvanovo yaxınlığında qəzaya uğradığı bildirilir. 

Rusiya Müdafiə Nazirliyi isə İvanovo vilayətində qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində səkkiz ekipaj üzvü və yeddi sərnişinin olduğunu bildirib.

# 3507
avatar

Oxşar yazılar