Vəkil Abdullayev
01 iyun 2021 09:54 (UTC +04:00)

Vəkil Abdullayev

Rusiyada güllələnən azərbaycanlı gənclə bağlı AKSİYA - HADİSƏ YERİNDƏN VİDEO

Rusiyadakı azərbaycanlılar Novosibirsk vilayət qubernatorluğunun qarşısında bu dəqiqələrdə dinc aksiya keçirirlər.

Lent.az-ın məlumatına görə, aksiyaya səbəb yol polisi müfəttişi tərəfindən başından güllə yarası alaraq ölən 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin cinayətinin obyektiv araşdırılmasıdır. Aksiyaçılar əllərində və avtomobillərində Vəkil Abdullayevin şəkillərini nümayiş etdirərək ədalət tələb edirlər.

Qeyd edək ki, aksiyaya polis maneə törətmir.

Xatırladaq ki, hadisə mayın 28-i axşam Novosibirsk yaxınlığındakı Moşkovo qəsəbəsində baş verib. Yol polisi müfəttişi şəxsiyyəti müəyyənləşdirmək üçün tutulan şəxsi xidməti maşına mindirib. Bu anda, saxlanılan şəxsin tanışı olan 19 yaşlı bir gənc polisə müdaxilə etməyə başlayıb.

Yol polisi müfəttişi gənci əlləri və ayaqları ilə döyməyə başlayıb, sonra xidməti tapançasını çıxarıb və tətiyi çəkib. Gənc azərbaycanlı başından güllə yarası alıb. O, mayın 30-da xəstəxanada vəfat edib. 

Dünən isə 38 yaşlı yol polisi müfəttişi saxlanılıb və ona qarşı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsi (“Səhlənkarlıqla ölümə səbəb olmaq”) ilə ittiham irəli sürülüb. 

Sonradan Rusiyanın Novosibirsk şəhərində 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi güllələyn 38 yaşlı baş leytenant Aleksandr Qusevin ittiham maddəsi dəyişdirilib. Ona qarşı “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə cinayət işi açılıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8295
avatar

Oxşar yazılar