Qayda pozulan restoran
01 dekabr 2021 11:52 (UTC +04:00)

Qayda pozulan restoran

Restoran sahibi toya görə ikiqat ziyana düşdü

Şamaxıda restoran sahibi barəsində cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, yoxlamalar zamanı “Turist” restoranına baxış keçirilən zaman təşkil edilən toy mərasimi barədə məlumatların portalda qeydiyyatdan keçirilmədiyi, masalararası məsafənin gözlənilmədiyi, eləcə də xidmət personalının tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Karantin rejimi tələblərinin pozulması ilə əlaqədar obyekti sahibi Həsən Allahverdiyev barəsində Şamaxı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, həmin obyektdə bir müddət öncə də qayda və tələblərə laqeyd yanaşıldığından restoranı işlədən şəxs 4000 manat məbləğində cərimə edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 53081

Oxşar yazılar

İsmayıllıda avtomobil qəzası - bir nəfər ölüb...

İsmayıllıda avtomobil qəzası - bir nəfər ölüb...

1 aprel 2025 , 13:08
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanıldı

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanıldı

1 aprel 2025 , 11:48
Mingəçevirdə evdən qadın meyiti   tapıldı

Mingəçevirdə evdən qadın meyiti tapıldı

1 aprel 2025 , 11:38
Bakıda 27 yaşlı oğlan  özünü öldürdü

Bakıda 27 yaşlı oğlan özünü öldürdü

1 aprel 2025 , 10:59
Sumqayıt-Bakı qatarı adam vurdu

Sumqayıt-Bakı qatarı adam vurdu

1 aprel 2025 , 10:50
Şəmkirdə su kanalından  meyit tapıldı

Şəmkirdə su kanalından meyit tapıldı

1 aprel 2025 , 10:33
Şirvanda qəbiristanlıqdan  oğurluq edənlər saxlanıldı

Şirvanda qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı

1 aprel 2025 , 10:32
Bayram günlərində 501 yanğın oldu  -VİDEO

Bayram günlərində 501 yanğın oldu -VİDEO

1 aprel 2025 , 09:54