Rəqqasə Fatimənin köməkçisini avtomobil vurdu
16 mart 2023 05:05 (UTC +04:00)

Rəqqasə Fatimənin köməkçisini avtomobil vurdu

Bakının Binəqədi rayonunda yol-nəqliyyayı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı Kratos restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Aytac Bayramzadə rəqqasə Fatimənin köməkçisidir. 
 

# 1605
avatar

Oxşar yazılar