Saatlı rayon Polis Şöbəsinin əməkdaşları rayonun Fətəlikənd kəndindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar ediblər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib. Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.
Polis əməkdaşları mərasimin təşkilatçısı barəsində qanunamüvafiq tədbir görüb.