Rayonda 300 min manatlıq dələduzluq edən tutuldu -  FOTO
11 noyabr 2021 15:05 (UTC +04:00)

Rayonda 300 min manatlıq dələduzluq edən tutuldu - FOTO

Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi  tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən rayonun Avşar kənd sakini Elyaz Qədimov saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, araşdırmalarla E.Qədimovun sakinlərə məxsus daşınmaz əmlakları, avtomobilləri, qızıl-zinət əşyalarını, əmək haqqı kartlarını dələduzluq yolu ələ keçirərək 300 min manata yaxın pulu mənimsədiyi müəyyən edilib.

E.Qədimovun analoji cinayətlər törətdiyi də istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər  Nazirliyinin “102” Zəng Mərkəzinə və Ağcabədi rayon Polis Şöbəsinə məlumat verə bilərlər.

Elyaz Qədimov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1734
avatar

Mehman Nəbiyev

Oxşar yazılar