Qazaxda avtomobil piyadaları vurub.
Lent.az xəbər verir ki, hadisə Ağköynək kəndi Elmar Hüseynov küçəsində baş verib. Orucov Zaur Sabir oğlu idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən 49 yaşlı Şıxlinski Elmira Arif qızı və 17 yaşlı Məmmədova Rəqsanə Elmar qızını vurub. Nəticədə E.Şıxlinski aldığı xəsarətlərdən Gəncədəki xəstəxanalardan birində ölüb.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, E. Şıxlinski müəllim olub.