Qayınanasıgildən gəlib özünü asdı
06 iyun 2022 09:36 (UTC +04:00)

Qayınanasıgildən gəlib özünü asdı

Lənkəranda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə iyunun 5-i səhər saatlarında şəhər ərazisində qeydə alınıb. Şəhər sakini 35 yaşlı Məmmədov Tərlan Rəcəbəli oğlu əvvəlcə arvadı və iki azyaşlı övladını qayınanasının evinə aparıb. Daha sonra oradan çıxaraq qayıadacağını deyib. Lakin o, evinə qayıdıb və burada özünü asaraq, həyatına son qoyub.

Onun hansı səbədən bu əməli törətməsi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

# 3492
avatar

Mehman Nəbiyev

Oxşar yazılar