Qaxda motosiklet aşdı, yaralılar var -YENİLƏNİB
08 iyun 2025 22:35 (UTC +04:00)

Qaxda motosiklet aşdı, yaralılar var -YENİLƏNİB

Qaxda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub. 

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı xəsarət alanlardan biri Abşeron rayon sakini, 2005-ci il təvəllüdlü Turan Təbriz oğlu Şahmurov, digəri isə Qax rayon sakini 2000-ci il təvəllüdlü Ruslan Səyyad oğlu Ramazanovdur.

***
20:56

Qaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 20 radələrində Qax şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan motosiklet idarəetməni itirərək aşıb.

Qəza nəticəsində motosiklet sürücüsü və sərnişini yaralanıblar. Onlar Qax rayon Mərkəzi xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Onlara tibbi yardım göstərilir, şəxsiyyətləri müəyyənləşdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490

Oxşar yazılar