Qarlı yolda AĞIR QƏZA:  Ata öldü,   oğlu...
05 dekabr 2022 12:59 (UTC +04:00)

Qarlı yolda AĞIR QƏZA: Ata öldü, oğlu...

Astarada qarlı yolda maşın sürüşüb, ata ölüb, oğul yaralanıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayevin məlumat veib.

Dekabrın 5-də saat 9:30 radələrində Astara rayonunun Motlayataq kənd sakini Zakir Lələyev idarə etdiyi “Niva” markalı avtomobillə Asxanakəran kəndi ərazisində hərəkətdə olarkən qarlı yolda sərt döngədə idarəetməni itirib.

Nəticədə avtomobil 25-30 metr dərəyə doğru aşaraq orada ağaca çırpılıb. Sürücü hadisə yerində dünyasını dəyişib, oğlu R.Aydınzadə isə xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır.

# 3177
avatar

Mehman Nəbiyev

Oxşar yazılar