Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunaraq həbs edilən “AQA Şirkətlər Qrupu”nun icraçı direktoru Qafar Dəmirçi azadlığa buraxılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı bu gün Nərimanov rayon məhkəməsi qərar verib.
Məhkəmədə Baş Prokurorluğun təqdimatına baxılıb.
Təqdimat təmin edilib, dəymiş ziyan tam ödənildiyi üçün təqsirləndirilən şəxsin azadlığı buraxılmasına qərar verilib.