Qadınlara iyrənc təkliflər  edən daha bir taksi sürücüsü  saxlanıldı
24 iyun 2025 17:30 (UTC +04:00)

Qadınlara iyrənc təkliflər edən daha bir taksi sürücüsü saxlanıldı

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət aparmaları və yersiz təkliflər etmələri barədə polis orqanlarına müraciətlər daxil olur.

Lent.az xəbər verir ki, bu halların qarşısının alınması məqsədilə paytaxtda profilaktik və nəzarət tədbirləri davam etdirilir. Polis əməkdaşları tərəfindən Nəsimi rayonunda keçirilən daha bir profilaktik tədbir zamanı “Chevrolet” markalı 77-YH-457 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünün qeyd edilən əməllərə yol verdiyi müəyyən olunub və o, məsuliyyətə cəlb edilib. 

Bir daha diqqətə çatdırırıq ki, vətəndaşlara belə hallarla qarşılaşdıqları zaman dərhal ərazi polis orqanlarına məlumat vermələri tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar