Qadının boyunbağısını qoparıb apardı - VİDEO
28 sentyabr 2022 18:33 (UTC +04:00)

Qadının boyunbağısını qoparıb apardı - VİDEO

Bakıda qadına qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xətai rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini olan zərərçəkən yaşadığı evin qarşısından keçən zaman tanımadığı şəxsin ona yaxınlaşdığını və boynundan 3200 manat dəyərindəki qızıl boyunbağını dartıb qaçaraq hadisə yerindən uzaqlaşdığını bildirib. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nahid Heydərov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində törətdiyi hadisəni etiraf edib və boyunbağını satdığını bildirib.

Faktla bağlı Nahid Heydərov barəsində toplanan materiallar Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa  ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Qadının boyunbağısını dartıb apardı

# 1302
avatar

Oxşar yazılar

Azərbaycan MN: Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir

Azərbaycan MN: Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir

27 noyabr 2022 , 21:55
Türkiyədən gələn sürücü Bakıda qəza törətdi -FOTO

Türkiyədən gələn sürücü Bakıda qəza törətdi -FOTO

27 noyabr 2022 , 21:50
İran diplomatı Bakıdakı əyləncə mərkəzində ağır xəsarət aldı

İran diplomatı Bakıdakı əyləncə mərkəzində ağır xəsarət aldı

27 noyabr 2022 , 04:33
Toydan qayıdanda maşını  qaz kəmərinə çırpıb öldü

Toydan qayıdanda maşını qaz kəmərinə çırpıb öldü

27 noyabr 2022 , 00:20
Tanınmış xanım tənqidçi hücuma məruz qaldı - FOTO

Tanınmış xanım tənqidçi hücuma məruz qaldı - FOTO

26 noyabr 2022 , 23:14
AMEA Yasamal rayon Polis İdarəsini məhkəməyə verdi

AMEA Yasamal rayon Polis İdarəsini məhkəməyə verdi

26 noyabr 2022 , 19:58
Azərbaycanda 25-64 yaşlarında 510 nəfər yol qəzalarında ölüb

Azərbaycanda 25-64 yaşlarında 510 nəfər yol qəzalarında ölüb

26 noyabr 2022 , 19:30
Bakıda lampanı dəyişən kişi qabırğalarını sındırdı - FOTO

Bakıda lampanı dəyişən kişi qabırğalarını sındırdı - FOTO

26 noyabr 2022 , 19:20