Polisdən  AXŞAM ƏMƏLİYYATI:   Dəmir yolu relslərini aparanlar tutuldu
09 dekabr 2022 19:16 (UTC +04:00)

Polisdən AXŞAM ƏMƏLİYYATI: Dəmir yolu relslərini aparanlar tutuldu

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İmişli stansiya Xətt Polis Şöbəsinin Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində axşam saatlarında dəmir yol
relslərini kəsərək aparmaq istəyən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə Şirvan-Çeşidləmə mənzilinin 48-ci kilometrliyində, dəmir yolunun yaxınlığında 3 ədəd dəmir yol relsini kəsərək yük avtomobilinə yükləyən zaman üç nəfər şəxs saxlanılıb. Araşdırmalarla onların Şirvan şəhər sakinləri A.Hüseynov, C.Səlimov və E.Səlimov olduqları müəyyən edilib.

Həmin şəxslər maddi sübutla birlikdə Şirvan stansiya Xətt Polis Bölməsinə gətiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

# 2031
avatar

Oxşar yazılar