Plastik əməliyyat etditən şəxsin beyninə toxundular – Əlil qala bilər
04 avqust 2024 22:41 (UTC +04:00)

Plastik əməliyyat etditən şəxsin beyninə toxundular – Əlil qala bilər

Moskvada yerləşən Etalon klinikasının cərrahları plastik əməliyyat zamanı bir vətəndaşın beynini zədələyiblər.

Lent.az xəbər verir ki, “Mash” Telegram kanalının məlumatına görə xəstə alnının formasını düzəltmək məqsədilə həkimlərə müraciət edib.

Məlumata görə Leninqrad vilayətinin 29 yaşlı sakini alnının formasını düzəltmək üçün klinikaya müraciət edib. Lakin əməliyyat zamanı cərrah səhvən xəstənin beyin qişasını zədələyib.

Klinika rəhbərliyi təcili yardım çağırıb xəstə təcili xəstəxanaya yerləşdirilib. Müayinə zamanı nüfuzedici kəllə-beyin travması, qansızma və orta dərəcəli beyin əzilməsi aşkar edilib.

Xəstə hazırda reanimasiya şöbəsindədir və onun əlil qalmaq ehtimalı var.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2397
avatar

Oxşar yazılar