Piyadanı vurub hadisə yerindən qaçmışdı - SAXLANILDI
23 mart 2022 11:54 (UTC +04:00)

Piyadanı vurub hadisə yerindən qaçmışdı - SAXLANILDI

Salyanda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinə martın 21-də saat 22 radələrində şəhər sakini P.Xəlilovanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Həbibi saxlanılıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1689
avatar

Fidan İlqar

Oxşar yazılar