Mingəçevirdə ehtiyatsızlıq üzündən pəncərənin şüşəsi qırılaraq 2006-cı il təvəllüdlü Səlimova Nuray Anar qızının üzərinə tökülüb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə M.Maqomayev küçəsi, 4 ünvanında baş verib.
Hadisə nəticəsində şüşə parçaları N.Səlimovanın sol qol və bilək nahiyəsini kəsib.
Xəstəxanaya yerləşdirilən yeniyetmə əməliyyat olunduqdan sonra vəziyyəti stabilləşib.