Özünü yandıran qazi  öldü
23 iyun 2024 10:48 (UTC +04:00)

Özünü yandıran qazi öldü

Yanıq xəsarətləri alan Ağstafa sakini xəstəxanada ölüb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,  ağır yanıq xəsərtləri alan Ağstafa şəhər sakini 32 yaşlı Elvin Alıyev bu gün səhər saatlarında Bakıda Yanıq Mərkəzində dünyasını dəyişib.

Xatırladaq ki, hadisə iyunun 18-də Ağstafada baş verib. Rayon sakini Elvin Alıyev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona tibbi yardım olunub. Müayinə zamanı Elvin Alıyevin bədəninin 70 faizinin yandığı məlum olub. Xəstənin vəziyyəti ağır olduğunda Bakı şəhərində yerləşən Yanıq Mərkəzinə göndərilib.

Məlumata görə Elvin Alıyev üzərinə neft tökərək özünü yandırıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Qeyd edək ki Elvin Alıyev Vətən müharibəsinin iştirakçısı olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3105
avatar

Oxşar yazılar