Döyülən uşaqlar və nənəsi
18 avqust 2021 11:08 (UTC +04:00)

Döyülən uşaqlar və nənəsi

Ögey ananın uşaqlara işgəncə verməsi ilə bağlı YENİ XƏBƏR

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Ağstafa şəhəri ərazisində 2 azyaşlı uşağa qarşı zorakı hərəkətlər edilməsi barədə məlumatlar yayılıb.

Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, Gəncə şəhər sakini Həsənova Zəminə Valeh qızının nəvələrinin zorakılığa məruz qalmasına dair müraciəti əsasında Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma ilə Mehralıyeva Səadət Həmid qızının müxtəlif vaxtlarda 2013 və 2014-cü il təvəllüdlü ögey övladlarına mütamadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə əzab verərək onlara çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Ağstafa rayon Polis Şöbəsinin istintaq bölməsinə tapşırılıb.

Qeyd edək ki, bir müddət əvvəl Ağstafada ögey ananın uşaqlara işgəncə verməsi barədə məlumat vermişdik.

# 3579
avatar

Mehman Nəbiyev

Oxşar yazılar