"NİVA"dan 23 min manat oğurlayan tutuldu
09 avqust 2021 14:35 (UTC +04:00)

"NİVA"dan 23 min manat oğurlayan tutuldu

Bakıda avtomobil qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, avqustun 4-də A.Abbasova məxsus “Niva” markalı avtomobildən 23000 manatın oğurlanıb.

Bu barədə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini E.Sadıqov müəyyən edilərək saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1428
avatar

Mehman Nəbiyev

Oxşar yazılar