Nəvə nənəsinin bank kartından pul oğurladı
13 sentyabr 2022 11:14 (UTC +04:00)

Nəvə nənəsinin bank kartından pul oğurladı

Bakıda qadının bank hesabından pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə sentyabrın 7-də Biləcəri qəsəbə sakini olan bir qadının bank hesabından 1110 manatının oğurlanması barədə müraciət daxil olub.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadının 14 yaşlı nəvəsi müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 2142
avatar

Mehman Nəbiyev

Oxşar yazılar