Nərimanov prospektində yaşayan ən yaşlı gəlin öldü
29 yanvar 2025 14:35 (UTC +04:00)

Nərimanov prospektində yaşayan ən yaşlı gəlin öldü

Rusiyanın ən yaşlı gəlini kimi tanınan Raisa Stepanovna Şparteyeva Tümen vilayətində dünyasını dəyişib. Onun 95 yaşı var idi və ömrünün son illərini Yarkovski Sosial Xidmətlər Evində keçirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Raisa Stepanovna 17 dekabr 2024-cü ildə vəfat edib və Yarkovodakı kənd qəbiristanlığında dəfn olunub. Lakin onun ölüm xəbəri indi mediaya sızıb.

Leninqrad vilayətinin Ulyanovsk şəhərinin Nəriman Nərimanov prospektində doğulub orada yaşayan təqaüdçü 2021-ci ildə, 92 yaşında 71 yaşlı Gennadi Vaxruşevlə evlənib. Bu xəbər bütün ölkəyə səs salıb və qadın məşhur olub. Onların havadarların və medianın dəstəyi ilə təşkil olunan toyu böyük marağa səbəb olub.

Ancaq bu evlilik bir il belə davam etməyib. Tezliklə Raisa Stepanovna ailədaxili fikir ayrılıqlarını və qarşılıqlı anlaşmanın olmadığını əsas gətirərək boşanmaq üçün ərizə verib, bundan sonra yeni həyat yoldaşı axtarmağa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2397

Oxşar yazılar