Nazirliyin sabiq direktoruna cinayət işi AÇILDI
05 oktyabr 2022 12:31 (UTC +04:00)

Nazirliyin sabiq direktoruna cinayət işi AÇILDI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşı mənimsəmədə ittiham olunur.

Lent.az-ın məlumatına görə, nazirliyin Cənub Regional Hidrometeorologiya Müəssisəsinin sabiq direktoru Hüseynov Cavid Həsənağa oğlu mənimsəmədə təqsirli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Əldə etdiyimiz məlumata görə, C. Hüseynov nazirliyə 31 min manat dəyərində maddi ziyan vurub.

Prosesə Lənkəran rayon məhkəməsində baxılacaq.

Qeyd edək ki, Cavid Hüseynov bu ilin yanvar ayında nazir Muxtar Babayevin əmrilə işdən azad olunub.

# 2364
avatar

Mehman Nəbiyev

Oxşar yazılar