Naxçıvanda QƏZA:  ölən var
08 iyun 2022 11:02 (UTC +04:00)

Naxçıvanda QƏZA: ölən var

Naxçıvanda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə iyunun 6-da saat 17 radələrində Naxçıvan şəhərində qeydə alınıb. Şəhər sakini G.Şirinova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi N.Məmmədovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Naxçıvan şəhər Polis Şöbəsində araşdırma aparılır.

# 2706
avatar

Mehman Nəbiyev

Oxşar yazılar