Narkotikə görə diləndirilən körpə qız
16 iyul 2021 17:11 (UTC +04:00)

Narkotikə görə diləndirilən körpə qız

Narkotikə görə qızını diləndirən valideynlərdə yoluxucu xəstəlik AŞKARLANDI

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Suraxanı rayonunda, Qaraçuxur məscidinin qarşısında iki yaşlı uşağı valideynlərinin diləndirməsi barədə məlumatlar yayılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, bununla bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində (CTKİ) araşdırma aparılaraq Suraxanı rayonu ərazisində yaşayan QİÇS və narkomaniya xəstəliklərindən əziyyət çəkən Arzu Mehdiyeva ilə Valeh Balacayevin faktiki nikahından doğulan 2 yaşlı uşağın həyatı üçün təhlükənin olması müəyyən edilib.

Bundan başqa, CTKİ-də  daha iki azyaşlı uşağın Nərimanov rayonu ərazisində diləndirilməsi və antisanitar şəraitdə yaşaması ilə bağlı daxil olmuş məlumat əsasında araşdırma aparılıb.

Yoxlama zamanı valideynləri narkotik vasitələrin istifadəçisi olan iki azyaşlı uşağın küçələrdə dilənməyə sövq edilməsi, həmçinin baxımsız, antisanitar və sosial təhlükədə saxlanılması müəyyən edilib.

Mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq qeyd edilən hər iki halda Baş Prokurorluq tərəfindən azyaşlı uşaqların gələcək təhlükəsizliyini təmin etmək məqsədi ilə onların valideynlərinin valideynlik hüquqlarının məhdudlaşdırılması barədə müvafiq rayon məhkəmələri qarşısında mülki iddialar qaldırılıb.

Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2946
avatar

Mehman Nəbiyev

Oxşar yazılar