Tapılan narkotik
28 fevral 2022 17:18 (UTC +04:00)

Tapılan narkotik

Narkotik satan usta saxlanıldı - VİDEO

Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran şəhər sakini Əfrail Seyfullayev saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, onun üzərinə baxış zamanı 2 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilib.

Araşdırma zamanı bu şəxsin ev təmiri ilə məşğul olduğu və “İnstagram” sosial şəbəkəsində gördüyü işləri reklam etmək məqsədi ilə özünəməxsus səhifə açdığı müəyyən edilib. Daha sonra Əfrail Seyfullayev sosial şəbəkədə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirin şirnikləndirici vədlərinə aldanaraq onun narkokuryerlik təklifi ilə razılaşıb. Bu məqsədlə o, narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil edib. Əfrail Seyfullayev ifadəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün tutulan Əfrail Seyfullayev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bakıda narkotik alverçisi tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3490

Oxşar yazılar

Ağdərədə yanğın partlayışlara  səbəb oldu, yaralanan var

Ağdərədə yanğın partlayışlara səbəb oldu, yaralanan var

21 avqust 2025 , 18:08
Bakıda daha bir nəfər dənizdə batdı

Bakıda daha bir nəfər dənizdə batdı

21 avqust 2025 , 18:02
Siyəzəndə zəlzələ  oldu

Siyəzəndə zəlzələ oldu

21 avqust 2025 , 17:50
FTX azərbaycanlını casus adı ilə  belə həbs etdi - VİDEO

FTX azərbaycanlını casus adı ilə belə həbs etdi - VİDEO

21 avqust 2025 , 17:40
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

21 avqust 2025 , 16:31
Ağdamda gənc qadın itkin düşdü - FOTO

Ağdamda gənc qadın itkin düşdü - FOTO

21 avqust 2025 , 15:51
Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI

Məhkəmə Rəqsanəni həbsdən BURAXMADI

21 avqust 2025 , 15:23
Ana qızının toyunda  infarktdan öldü

Ana qızının toyunda infarktdan öldü

21 avqust 2025 , 13:19