Ələ keçirilən narkotiklər
26 oktyabr 2021 00:14 (UTC +04:00)

Ələ keçirilən narkotiklər

Narkotik satan kəndli tutuldu - FOTO

Saatlıda narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Mustafabəyli kənd sakini, 24 yaşlı İnsafəli Ağayev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evə baxış zaman oradan sellofan torbalarda və kibrit qutularında qablaşdırılmış ümumi çəkisi 1 kiloqram 224 qram olan marixuana, eləcə də 7 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı İ.Ağayev qanunazid əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1425
avatar

Mehman Nəbiyev

Oxşar yazılar