Mingəçevirdə  AĞIR QƏZA:  6 yaralı var
08 dekabr 2022 16:13 (UTC +04:00)

Mingəçevirdə AĞIR QƏZA: 6 yaralı var

Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi olub.

Lent.az-ın məlumatına görə, şəhər ərazisində Elçin Xəlilovun idarə etdiyi "VAZ-2107" və Samir Abdullayevin idarə etdiyi "VAZ - 2110" markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü və avtomobillərdə olan 4 sərnişin xəsarət alıb.

Araşdırma aparılır.

# 2268
avatar

Oxşar yazılar