"Məhsul" stadionunu satmaq istəyən vəzifəli şəxslər HƏBS EDİLDİ
17 avqust 2022 14:41 (UTC +04:00)

"Məhsul" stadionunu satmaq istəyən vəzifəli şəxslər HƏBS EDİLDİ

Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri və digər vəzifəli şəxslər barəsində cinayət işi başlanıb.
 
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun həmin klubun istifadəsində olan keçmiş “Məhsul stadionu” adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirmələri barədə məlumat daxil olub.

Bu səbəblə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Qeyd edilən hallarla bağlı toplanmış ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5310
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45