Məhkəmə rüşvət alan gömrük işçilərinə BƏRAƏT VERDİ:  Prokuror ETİRAZ ETDİ
15 oktyabr 2024 12:41 (UTC +04:00)

Məhkəmə rüşvət alan gömrük işçilərinə BƏRAƏT VERDİ: Prokuror ETİRAZ ETDİ

Prokuror Bakı Baş Gömrük idarəsinin rəsmi şəxslərinə bəraət verilməsinə etiraz edib.

Bu barədə Lent.az-a Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, Sumqayıt Apellyasiya Məhkəməsi bu il sentyabrın 16-da Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin sabiq əməkdaşı Orxan Zöhrabov və həmin idarənin “İpək Yolu” gömrük postunun sabiq əməkdaşı Mirağa Ağayev barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.03.2022-ci il tarixli bəraət hökmünü dəyişdirməyib. Bu səbəbdən dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarından kassasiya protesti verilib.

Xatırladaq ki, Orxan Zöhrabov Cinayət Məcəlləsinin 32.5,308.2 və 32.5,311.3.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə və təkrar rüşvət almada köməkçi), Mirağa Ağayev isə həmin Məcəllənin 308.2 və 311.3.1-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələrilə ittiham olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9405
avatar

Oxşar yazılar